Almaniyada elektrik və yanacağın qiyməti 41 faiz bahalaşıb | Banco.az

Almaniyada elektrik və yanacağın qiyməti 41 faiz bahalaşıb

Müəllif:Mehin Qasımova/Banco.az

Almaniyada elektrik, istilik və yanacağın qiymətləri 41 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.

Hesablamalar zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Belə ki, üç il əvvəl onların bu maddələrə xərcləmələri ildə 3,7 min avro  təşkil edirdi. İndi isə  bu məbləğ 1,5 min avrodan çoxdur.

“Qlobal enerji böhranı 2021-ci ildə COVID-19 pandemiyasından sonra başladı, çünki dünyanın əksər hissəsi neft, qaz və elektrik enerjisi bazarlarında qıtlıq və qiymət artımı ilə üzləşdi",- deyə qeyd edilib.

Ekspertlərin fikirincə, bu tendensiya 2022-ci ildə Ukraynada münaqişənin kəskinləşməsindən sonra daha da güclənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et