Almaniya Rusiyadan asılılığı azaltmaq üçün qaz sazışı imzaladı | Banco.az

Almaniya Rusiyadan asılılığı azaltmaq üçün qaz sazışı imzaladı

Müəllif:Mehin Qasımova/Banco.az 

Almaniyanın Securing Energy for Europe (SEFE) enerji şirkətinin rəhbəri Norveçin Equinor neft -qaz şirkəti ilə 129 milyard kubmetr qazın tədarükünə dair uzunmüddətli müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.

Müqavilənin müddəti 2039-cu ilə qədərdir və onun ümumi dəyəri 50 milyard avro olaraq qiymətləndirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər bildirir ki, Norveçdən yanacağın tədarükü Almaniyaya enerji sektorunda Rusiyadan asılılığını daha da azaltmağa kömək edəcək və Rusiya Federasiyasından qaz tədarükünün kəskin azalmasını kompensasiya edəcək. Eyni zamanda  qaz sazişi Almaniya iqtisadiyyatının sənaye sektorunun ehtiyaclarının üçdə birini təmin edəcək.

İmzalanmış saziş, son 40 ildə  Almaniya üçün ən böyük müqavilədir.  Mənbənin məlumatına görə, Norveçin  neft-qaz şirkəti   Almaniyaya yanacaq tədarükünü mübadilə qiyməti əsasında həyata keçirəcək. Uzunmüddətli müqavilə Almaniyaya keçid dövründən keçmək üçün lazımi miqdarda qaz ehtiyatı toplamağa imkan verəcək və ölkəyə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq strategiyasının həyata keçirilməsinə kömək edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et