Alman avtomobil tədarükçüsü iflas edib | Banco.az

Alman avtomobil tədarükçüsü iflas edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman avtomobil tədarükçüsü “Allgaier” müflisləşdiyini elan edib.

Banco.az xəbər verir ki, “Volkswagen” Qrupunun markalarından biri olan “Porsche” də daxil olmaqla, böyük avtomobil markalarının tədarükçüsü olan “Allgaier” çinli investora satıldıqdan bir il sonra iflasa uğrayıb.

Avtomobil tədarükçüsünə müvəqqəti iflas meneceri təyin edilib.

Məlumat üçün qeyd edək ki, təxminən 1700 işçisi olan “Allgaier” əsas avtomobil istehsalçılarını sac metal hissələri ilə təmin edir. Şirkət həmçinin material emalı texnologiyaları sahəsində də fəaliyyət göstərir. 

2020-ci ildən restrukturizasiya prosesində olan şirkətin səhmlərinin 89%-i 2022-ci ilin iyul ayında çinli “Westron Group”a satılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et