Aİ Türkiyənin zəlzələdən zərər çəkmiş vilayətlərində kənd təsərrüfatı sektoruna dəstək verəcək | Banco.az

Aİ Türkiyənin zəlzələdən zərər çəkmiş vilayətlərində kənd təsərrüfatı sektoruna dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Qəhrəmanmaraş zəlzələlərindən zərər çəkmiş vilayətlərdə kənd təsərrüfatı sektoruna dəstək verəcək.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolas Meyer-Landrut zəlzələlərdən zərər çəkmiş Qəhrəmanmaraş mərkəzli vilayətlərdə kənd təsərrüfatı sektorunun canlandırılması üçün kənd təsərrüfatı infrastrukturunun və texnikasının təkmilləşdirilməsinə dəstək verəcəklərini açıqlayıb.

Meyer-Landrut Malatyada keçirdiyi təhlillərdən sonra mətbuat nümayəndələrinə təmasları haqqında məlumat verib. O, fevralın 6-da baş verən Qəhrəmanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Malatyanı araşdırmağın çox vacib olduğunu dilə gətirib.

Meyer-Landrut fiziki ziyanla yanaşı, insan resursları probleminin də vacib olduğuna diqqət çəkərək bu resursun kənd təsərrüfatı və sənaye iqtisadiyyatının dirçəldilməsi baxımından çox vacib olduğunu izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et