Aİ “BioNTech-Pfizer” ilə imzalanmış peyvənd müqaviləsini yeniləyib | Banco.az

Aİ “BioNTech-Pfizer” ilə imzalanmış peyvənd müqaviləsini yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) və “BioNTech-Pfizer” şərikləri ilə Kovid-19 peyvəndi üzrə müqaviləni yeniləyiblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Almaniyanın “BioNTech”, ABŞ-ın “Pfizer” şirkətləri pandemiya əsnasında əldə olunan peyvənd razılaşmasında nəzərdə tutulmuş miqdarı azaltmaq və çatdırılma müddətini uzatmaq barədə razılığa gəliblər.

Avropa Komissiyası İttifaqın 27 üzv ölkəsinin adından Kovid-19 peyvəndlərinin alınması üçün “BioNTech-Pfizer” ilə imzalanmış müqaviləyə düzəliş üzrə danışıqların nəticəsində razılığın əldə edildiyini açıqlayıb.

Xatırladaq ki, Avropa Komissiyası Kovid-19 pandemiyası ilə mübarizə çərçivəsində bəzi dərman və peyvənd istehsalçılarından yüksək miqdarda vaksinlər əldə etmişdi. Komissiya bu baxımdan ən böyük müqaviləni “BioNTech-Pfizer” ilə imzalamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et