Afrika Birliyinin G20 üzvlüyü gələn il müzakirə olunacaq | Banco.az

Afrika Birliyinin G20 üzvlüyü gələn il müzakirə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Afrikanın G20-yə daimi üzvlük məsələsi gələn il müzakirə olunacaq.

Banco.az xəbər verir ki, gələn il Hindistanda keçiriləcək G20 Liderlər Zirvə Görüşündə Afrika Birliyinin (AfB) G20 üzvlüyünün müzakirə ediləcəyi açıqlanıb.

Afrika İttifaqının (AfB) mövsümi sədri Maki Sal İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvəsi ilə bağlı rəsmi “Twitter” hesabından açıqlama verib. O, AfB-nin G20 üzvlüyünü dəstəkləyən üzv dövlətlərə təşəkkür edərək bildirib ki, təmsil etdiyi təşkilatın G20-yə qəbulu gələn il Hindistanda keçiriləcək G20 Liderlər Zirvə Görüşündə müzakirə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et