“AFB Bank”ın 2018 mənfəəti daha da artdı | Banco.az

“AFB Bank”ın 2018 mənfəəti daha da artdı

KPMG audti şirkəti “AFB Bank”ın 31 Dekabr 2018-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarına audit rəyi təqdim edib.

“AFB Bank” 2018-ci ili 29 milyon 979 min manat xalis mənfəəət ilə başa vurub. Bank rüblük hesabatında ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə bağladığını açıqlamışdı.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN ARTIB

Ən sərfəli kredit üçün müraciət et

Audit olunmuş hesabata görə, 2017-ci illə müqayisədə ötən il Bankın əməliyyat mənfəəti 44,8% artaraq 32 milyon 292 min manat təşkil edib. Bank 2017-ci ildə 22 milyon 293 min manat əməliyyat mənfəəti əldə etmişdi.

31 Dekabr 2018-ci il tarixində “AFB Bank”ın cəmi aktivləri 420 milyon 812 min manat, o cümlədən müştərilərə verilmiş 156 milyon 33 min manat təşkil edib. 2017-ci ilin sonunda Bankın aktivləri 489 milyon 307 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 162 milyon 744 min manat təşkil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et