“AFB Bank”-dan Sərhədçilər üçün kampaniya | Banco.az

“AFB Bank”-dan Sərhədçilər üçün kampaniya

Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 18 avqust Dövlət Sərhəd Xidmətinin 100-cü ildönümü münasibətilə “Sərhədçilərə komissiyasız kredit” kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində 16.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına kreditlər komissiyasız rəsmiləşdiriləcək.

Kredit illik 20%-dən başlayaraq, 48 ayadək müddətlə, maksimum 15.000 manat məbləğində verilir. Müştərinin aylıq gəlirindən asılı olaraq 5.000 manatadək krediti zaminsiz əldə etmək mümkündür. Ən azı davamlı 6 ay iş təcrübəsi olan işçilər kredit üçün müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç