ADIF-in icraçı direktorunun müavini gələn ay “Bank Standard”ın kreditorları ilə görüşəcək | Banco.az

ADIF-in icraçı direktorunun müavini gələn ay “Bank Standard”ın kreditorları ilə görüşəcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev noyabrın 21-də ləğv prosesində olan “Bank Standard” QSC-nin kreditorları ilə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, görüş saat 15:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində olacaq.

Xatırladaq ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin oktyabrın 20-də keçirilmiş son iclasında kreditorlar israrla V.Abdullayevin onlarla görüşməsini tələb etmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et