“Adidas” və “Nike” arasında məhkəmə prosesi başlayıb | Banco.az

“Adidas” və “Nike” arasında məhkəmə prosesi başlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

İdman malları istehsal edən “Adidas” və “Nike” şirkətləri arasında Amerika brendinin məhsullarının üzərindəki zolaqlarla bağlı yaranan mübahisə üzrə Almaniyada apellyasiya prosesi başlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, fikir ayrılığına səbəb “Adidas”ın xarakterik dizayn elementi olan üç paralel zolaq olub.

2022-ci ildə “Adidas” “Nike” idman şalvarlarının onun dizaynına bənzədiyinə inandığı üçün rəqibini müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət edib. Həmin ilin sentyabrında Düsseldorf Regional Məhkəməsi “Nike”şirkətinə Almaniyada beş şalvar modelinin satışını qadağan edən qərar çıxarıb.

Bir il sonra, 2023-cü ilin sentyabrında məhkəmə ilkin qərarını təsdiqləyir, lakin “Nike” “Adidas”-ın zolaq dizaynı ilə bağlı arqumentlərini çox hərfi hesab edərək apellyasiya şikayəti verir.

Ən sərfəli kredit üçün müraciət et

“Nike” bildirir ki, bir çox istehsalçılar idman geyimlərinin yan tərəfində zolaqlardan istifadə edirlər, ona görə də belə dizayn elementinin olması məhsulun konkret brendə aid olması demək deyil.

Qeyd edək ki, şikayətlə bağlı qərarın mayın 28-də veriləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et