AccessBank haqqında xəbərlər təsdiqini tapmadı | Banco.az

AccessBank haqqında xəbərlər təsdiqini tapmadı

Ötən həftə AccessBank-ın səhmdarlarının mümkün dəyişikliyi ilə bağlıyayılan xəbərlərBank-ın mətbuat xidməti tərəfindən təsdiqlənmədi.

Qeyd edək ki, AccessBank aktivlərin həcminə və eyni zamanda bütün regionları əhatə edən geniş xidmət şəbəkəsinə görə ölkənin ən böyük banklarından biridir. Məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq Bank yeni "Sabirabad" filialını açdı.

Ən sərfəli kredit üçün müraciət et

Son aylar Bank rekord sayda kredit ayırıb və hazırda ölkənin mikrokreditləşmə bazarında 50% -dən çox paya malikdir.

Həmçinin, Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-dək artım nümayiş etdirib, bu da bir daha əhalinin Banka olan etibarını təsdiqləyir. Xatırladaq ki, bundan başqa sentyabrda AccessBank-ın səhmdarları növbəti dəfə Bankın nizamnamə kapitalını 20 milyon manat məbləğində artırıblar.

Ən sərfəli krediti almaq üçün müraciət et