ABŞ və Yaponiya nüvə reaktoru sahəsində əməkdaşlığa başlayıb | Banco.az

ABŞ və Yaponiya nüvə reaktoru sahəsində əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanmasında və tikintisində əməkdaşlıq edəcəklər.

Banco.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşüb.

Mayeləşdirilmiş təbii qaz da daxil olmaqla enerji məsələlərini müzakirə edən nazirlər enerji resursları üzrə ahəngdar tənzimləmə mühitinin saxlanması barədə razılığa gəliblər.

Nazirlərin birgə bəyanatına əsasən, Yaponiya və ABŞ yeni nəsil və müasir nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanması və tikintisi sahəsində əməkdaşlıq edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et