ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni yardım ayırıb | Banco.az

ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni yardım ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yeni yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Banco.az xəbər verir ki, Nümayəndələr Palatası Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən ayrılaraq yeni qanun layihəsinə çevrilən və Ukraynaya 300 milyon dollarlıq yeni yardım nəzərdə tutan qanun layihəsini səsə qoyub.

Səsvermədə qanun layihəsi 117 “əleyhinə” səsinə qarşı 311 “lehinə” səsi ilə təsdiq edilib.

Digər tərəfdən, Nümayəndələr Palatası Ukraynaya edilən yardım paketindən çıxarıldıqdan sonra Pentaqonun 826 milyard dollarlıq büdcəsini də təsdiqləyib. Palata həmçinin Xarici İşlər Nazirliyinin büdcəsini də təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et