ABŞ Türkiyə üçün gömrük vergisini 25 faizə endirdi | Banco.az

ABŞ Türkiyə üçün gömrük vergisini 25 faizə endirdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinin 25%-ə endirildiyini açıqlayıb.

Daha əvvəl Türkiyədən idxal edilən polad məhsullarına tətbiq olunan 25%-lik gömrük vergisinin niyə 50%-qaldırıldığını izah edən Tramp, əvvəlki illə müqayisədə Türkiyədən idxal edilən polad məhsullarının 48% azaldığını bildirib.

Cəmi polad idxalında 12%-lik bir azalma olduğunu qeyd edən Tramp, bu səbəbdən artıq söz mövzusu verginin yenidən 25% səviyyəsinə endirildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ rəhbərliyi, 10 Avqustda etdiyi açıqlamada, Türkiyədən polad idxalına tətbiq olunan vergini  50%-ə, alüminium idxalına tətbiq olunan vergini də 20%-ə qaldırıldığını bildirmişdi. Türkiyə isə söz mövzusu qərarın Dünya Ticarət Təşkilatının (DTT) qaydalarına zidd olduğunu bildirərək, ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et