ABŞ sosial şəbəkələrdəki paylaşımların qlobal arxivini yaratmaq üçün 38,5 milyon dollar ayıracaq | Banco.az

ABŞ sosial şəbəkələrdəki paylaşımların qlobal arxivini yaratmaq üçün 38,5 milyon dollar ayıracaq

ABŞ sosial şəbəkələrdə istifadəçilərin 350 milyardlıq paylaşımını özündə cəmləşdirəcək arxiv yaratmaq niyyətindədir.

Bu barədə "Qazeta.ru" ölkənin Hərbi-Dəniz Nazirliyinin araşdırmasına əsasən məlumat verib.

Bildirilib ki, Vaşinqton bu cür arxivin yaradılması üçün 38,5 milyon dollar sərf etməyə hazırdır. Ora dünyanın 100 ölkəsindən azı 200 milyon unikal istifadəçinin paylaşımları, şərhləri daxil ediləcək. Arxivdə istifadəçinin adı və paylaşımı yerləşdirdiyi tarix göstəriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, belə arxiv ABŞ tərəfinə ictimai dinamikanın əsaslarını və kollektiv fikir bildirmənin yeni növlərini anlayaraq dil qruplarının təkamülünü modelləşdirmək üçün lazımdır.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et