ABŞ neft qiyməti proqnozlarını kəskin aşağı saldı | Banco.az

ABŞ neft qiyməti proqnozlarını kəskin aşağı saldı

ABŞ neftin qiymətinə dair proqnozunu 18 dollar/barrel endirib.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, EIA cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 43 dollar olacağını nəzərdə tutur. Əvvəlki proqnoz isə 61 dollar/barrel idi.

“Brent”in qiymətinin ikinci rübdə 37 dollar/barrel, ilin ikinci yarısında isə orta hesabla 42 dollar/barrel olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

EIA “Brent” neftinin qiymətinin 2021-ci ildə orta hesabla 55 dollar/barrelə qədər artacağını proqnozlaşdırır. Azalan qlobal neft ehtiyatlarının qiymətlərə yuxarı istiqamətli təzyiq göstərəcəyi bildirilir.

Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et