ABŞ iqtisadiyyatı ikinci rübdə 2,1 faiz artım göstərib | Banco.az

ABŞ iqtisadiyyatı ikinci rübdə 2,1 faiz artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı ilin ikinci rübündə proqnozlara uyğun olaraq 2,1 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel-iyun ayları üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarına dair yekun proqnozlarını açıqlayıb.

Buna görə, ilin ikinci rübündə ABŞ-da ÜDM illik 2,1 faiz artıb. Bazarların gözləntisi də məhz bu istiqamətdə idi.

Ölkənin ÜDM-i ilə bağlı iyul ayında açıqlanan ilkin məlumatlarda ilin ikinci rübündə iqtisadiyyatın 2,4 faiz, avqust ayında açıqlanan ikinci hesablamalarda isə 2,1 faiz böyüyüəcəyi qeyd edilmişdi.

İkinci rübdə ABŞ iqtisadiyyatında artım qeyri-yaşayış sahəsinə qoyulan əsas investisiyalar, istehlak xərcləri və dövlət və yerli hökumət xərclərinin artması ilə şərtlənib. Eyni dövrdə ixrac və idxal da azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et