ABŞ-ın xarici ticarət kəsiri gözləniləndən az hesablanıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri gözləniləndən az hesablanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri avqust ayında 7,3 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi avqust ayı üzrə mal ticarəti balansı, topdan və pərakəndə satış ehtiyatları haqqında məlumatları dərc edib.

Məlumatlara görə, aparıcı xarici ticarət kəsiri kimi adlandırılan mal ticarəti üzrə kəsir avqust ayında əvvəlki ayla müqayisədə 7,3 faiz azalaraq 84,3 milyard dollara geriləyib.

Sözügedən dövrdə mal ixracı 2,2 faiz artaraq 168,9 milyard dollar, mal idxalı isə 1,2 faiz azalaraq 253,1 milyard dollar olub.

Bazar proqnozları bu dövrdə mal ticarəti kəsirinin 91,2 milyard dollar olacağı istiqamətində idi. İyulda mal ticarəti kəsiri 90,9 milyard dollar olaraq qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et