ABŞ-ın ticarət kəsiri gözləniləndən çox artıb | Banco.az

ABŞ-ın ticarət kəsiri gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ixrac edilən malların dəyərinin azalması ilə ticarət kəsiri 8,8 faiz artıb.

Banco.az xəbər verir ki, cümə axşamı ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, ticarət kəsiri ötən ay 8,8 faiz artaraq 90,3 milyard dollara çatıb. Proqnozlar 87,9 milyard dollara işarə edirdi.

İdxal 1,9 faiz artaraq 257,1 milyard dollara çatarkən, ixracat 1,6 faizlə 166,8 milyard dollara çatıb ki, bu da fevral ayından bəri ən aşağı səviyyədir.

ABŞ-da dayanıqlı malların sifarişləri isə keçən ilin dekabrında aylıq 5,6 faiz artımla proqnozları üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et