ABŞ-ın maraqla gözlənilən inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-ın maraqla gözlənilən inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarların gözlədiyi ABŞ inflyasiya göstəriciləri açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-ın dekabr ayı inflyasiyası proqnozlara uyğun reallaşıb.

Belə ki, ölkədə istehlak qiymətləri dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Aylıq əsasda isə 0,1 faiz azalma olub.

Xatrladaq ki, dekabr ayında qeydə alınan mənfi aylıq inflyasiya 2020-ci ilin may ayından bəri ilk mənfi aylıq inflyasiya olub.

Mənfi aylıq inflyasiyaya enerji xərclərinin azalması təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, noyabrda ABŞ-da istehlak qiymətləri aylıq 0,1 faiz, illik 7,1 faiz artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et