ABŞ-ın büdcə kəsiri 50% azalıb | Banco.az

ABŞ-ın büdcə kəsiri 50% azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ federal hökumətinin büdcə kəsiri 2022-ci maliyyə ilində keçən illə müqayisədə 50 faiz azalaraq 1,4 trilyon dollar hesablanıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sentyabr ayı üzrə büdcə balansı hesabatını açıqlayıb.

Buna görə, 1 oktyabr 2021-ci ildə başlayan və 30 sentyabr 2022-ci ildə sona çatan 2022 maliyyə ilinin son ayında federal hökumətin büdcə kəsiri 429,7 milyard dollar qeydə alınıb. Federal hökumət ötən ilin eyni ayında isə 64,9 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. Bu da o deməkdir ki,bu ilin sentyabrında büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə təxminən 6 dəfə artıb.

Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu sentyabr ayında büdcənin 173,5 milyard dollar kəsir verəcəyi idi.

Sentyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6 faiz artaraq 487,7 milyard dollara, xərcləri isə 75 faiz artaraq 917,4 milyard dollara çatıb.

2022-ci maliyyə ilində ABŞ federal hökumətinin ümumi büdcə kəsiri 1,4 trilyon dollar təşkil edib

Ən sərfəli kredit üçün müraciət et

2021-ci maliyyə ilində ölkənin büdcə kəsiri 2,8 trilyon dollar təşkil etmişdi. Bu da, 2022-ci maliyyə ilində büdcə kəsirinin əvvəlki ilə nisbətən 50 faiz azaldığını göstərir.

Qeyd edək ki, sözügedən dövrdə büdcə kəsirinin təxminən 1,4 trilyon dollar azalması ABŞ-ın maliyyə vəziyyətindəki indiyədək ən böyük illik yaxşılaşma olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et