ABŞ-ın bazalarında xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın bazalarında xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 2,4 milyon barel (0,5%) artaraq 438,9 milyon barelə qalxdığını açıqlayıb. Mütəxəssislər, ölkədəki neft ehtiyatlarının 2,8 milyon barelə düşəcəyini gözləyirdilər. Xam neft ehtiyatları bir əvvəlki həftə isə 8,5 milyon barel azalmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb.

ABŞ-ın benzin ehtiyatları keçən həftə 4,4 milyon barel (1,9%) artaraq 235,2 milyon barelə qalxıb. Benzin ehtiyatları bir əvvəlki həftə 1,8 milyon barel azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

NEFT İSTEHSALI ARTIB

Ölkənin xam neft istehsalı da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 100 min barel artıb. Beləcə 27 İyul - 2 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki  həftə ilə müqayisədə gündəlik ortalama 485 min barel artımla 7,14 milyon barelə yüksəlib, ixracı gündəlik ortalama 709 min barel azalaraq 1,86 milyon barelə geriləyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç