ABŞ ilə BƏƏ arasında strateji tərəfdaşlıq sazişi imzalanıb | Banco.az

ABŞ ilə BƏƏ arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ ilə ABŞ arasında strateji tərəfdaşlıq sazişi əldə olunub.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ arasında ekoloji təmiz enerji layihələrinə 100 milyard dollar sərmayə qoyulmasını ehtiva edən strateji tərəfdaşlıq sazişi imzalanıb.

BƏƏ-də keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC 2022) əsnasında BƏƏ-nin Sənaye və Qabaqcıl texnologiyalar Naziri Sultan əl-Caber və ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Xüsusi Koordinatoru Amos Hokşteyn arasında təmiz enerji layihələrinə 100 milyard dollar sərmayə qoyulmasına dair strateji tərəfdaşlıq sazişi imzalanıb.

Sözügedən layihələrin 2035-ci ilə qədər hər iki ölkədə və dünyada 100 gigavat istehsal gücünə çatması hədəflənir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et