ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma | Banco.az

ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? - Araşdırma

Geniş çeşiddə ucuz məhsul və xidmətlərin internet vasitəsilə rahatlıqla əldə olunması onlayn alış-verişin rolunu artırır. Xarici ölkələrdən sifariş olunan məhsullar yükdaşıma şirkətləri tərəfindən çatdırılır. Bunun üçün müvafiq şirkətin saytından qeydiyyatdan keçərək şəxsi kabinet yaradılmalıdır. Kabinetdə aidiyyatı pəncərədən balansınızı artıraraq qadağan olunmuş məhsullar isitisna olmaqla, sifarişlərinizi edə bilərsiniz. Bu zaman sizə məhsulun ölçüsü, rəngi, sayı və s. kimi məlumatlar tələb olunacaq. Siz kabinetinizə daxil olaraq “Sifariş et” bölməsinə klikləməklə bu məlumatları və məhsulun linkini qeyd edirsiniz. Sifarişin təsdiqindən sonra məhsulun təhvil verilməsinə qədər proseslər (xarici anbarda olması, Bakıya yola düşməsi və çatması) ilə bağlı sizə zəng və ya email vasitəsilə məlumat veriləcək.

Həmçinin bax: Amerikadan sifarişi daha sərfəli qiymətə gətirən şirkətlər hansılardır? 2021

Bu şirkətlər bir-birlərindən tariflərindən və çatdırılma müddətindən asılı olaraq fərqlənir. Tariflər isə sifarişin çəkisindən asılı olaraq dəyişir.

İnfoqrafik: Fuad Fərəcoğlu

Banco.az ABŞ-dan üçün yerli yükdaşıma şirkətlərini və onların tariflərini sizlərə təqdim edir.

Həmçinin bax: Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? – Araşdırma

Yükdaşıma şirkətləri

ABŞ

Çatdırılma müddəti

Çatdırılma

0,5 kq-dək

0,5-1 kq

(həftədə)

Starex*

1,5-3 $

4,5-6 $

5-7 gün

2 dəfə

Mover

3-5,25 $

5.95-6,5 $

4 gün

1 dəfə

Limak

3-4,5 $

6-7,5 $

2-3 gün

1 dəfə

Pesoto

4 $

4,65-7,75 $

3-4 gün

1 dəfə

Colibri

4 $

7,9 $

3-5 gün

1 dəfə

Camex

4,5 $

7,95 $

3-5 gün

1 dəfə

Postalon

5 $

8,75 $

7-8 gün

1 dəfə

Ən sərfəli kredit üçün müraciət et

 

Qiymətlər avqustun 31-dək qüvvədədir.

 

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et