ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da avqust ayında vakant iş yerlərinin sayı proqnozlardan çox olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi avqust ayı üzrə JOLTS vakant iş yerlərinə dair məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ABŞ-da JOLTS vakant iş yerlərinin sayı avqust ayında bazar proqnozlarını üstələyərək 9 milyon 610 minə çatıb. Artım isə 690 min təşkil edib.

İyulda isə vakant iş yerlərinin sayı 8 milyon 920 min idi.

Bu dövrdə vakant iş yerlərinin artdığı sektorlara peşəkar və biznes xidmətləri, maliyyə və sığorta, dövlət və yerli hökumət təhsili, dayanıqlı olmayan malların istehsalı və federal hökumət daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et