ABŞ-da Tiktok qadağası genişlənir | Banco.az

ABŞ-da Tiktok qadağası genişlənir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nyu-Cersi və Ohayo ştatlarında dövlətə məxsus telefonlara “TikTok” qadağası qoyulub.

Banco.az xəbər verir ki, ABŞ-da gündəmdə olan dövlət qurumlarında “TikTok” qadağasının tətbiq edildiyi ərazilərə yeniləri əlavə olunmağa davam edir. İndi də, Nyu-Cersi və Ohayo ştatları bu qadağa ilə razılaşdıqlarını bildirən bəyanat yayıblar.

Nyu-Cersi ştatının qubernatoru, demokrat Fil Merfi Çinin texnologiya holdinqi “ByteDance”ın sahib olduğu qısa video platforması “TikTok”u dövlət cihazlarında qadağan etməklə yanaşı, “Huawei”, “Hikvision”, “Tencent Holdings”, “ZTE Corporation” ve “Kaspersky Lab” də daxil olmaqla bir çox istehsalçının proqram təminatı satıcılarına, onların məhsul və xidmətlərinə də qadağalar tətbiq edildiyini elan edib.

“TikTok” isə açıqlamasında Amerika hökumətinin bir çox fərqli ştatda öz kibertəhlükəsizliyini artırmaq əvəzinə, “TikTok” haqqında əsassız iddialarla müvafiq strategiyalar həyata keçirməsinin məyusedici olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et