ABŞ-da işsizlik müraciətləri proqnozları üstələyib | Banco.az

ABŞ-da işsizlik müraciətləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə gözləniləndən çox olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müraciətləri ilə bağlı həftəlik məlumat açıqlayıb.

Buna görə, ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 1 iyulda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 12 min nəfər artaraq 248 minə çatıb.

Ekspertlərin proqnozu isə bu göstəricinin 244 min nəfər olacağı istiqamətində idi.

Ötən həftədən etibarən 4 həftəlik orta işsizlik müavinəti müraciətləri əvvəlki həftəyə nəzərən 3 min 500 nəfər azalaraq 253 min 250 nəfərə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Davam edən işsizlik müraciətləri isə 24 iyun tarixində başa çatan həftədə 13 min nəfər azalaraq 1 milyon 720 minə geriləyib ki, bu da yanvar ayından bu yana ən aşağı səviyyədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et