ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib | Banco.az

ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftə proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 25 martda başa çatan həftədə əvvəlki həftəyə görə 7 min nəfər artaraq 198 minə çatıb. Bazar proqnozlarından yüksək olan işsizlik müavinəti müraciətlərinin bu dövrdə 196 min səviyyəsində reallaşması gözlənilirdi.

Qeyd edək ki, işsizlik müavinəti ilə bağlı əvvəlki həftənin məlumatları 191 min nəfər idi.

Ən sərfəli kredit üçün müraciət et

Davam edən müraciətlər isə 18 mart ilə bitən həftədə 4 min adam artaraq 1 milyon 689 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et