ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər tarixi minimuma yaxınlaşıb | Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər tarixi minimuma yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər ötən həftə gözlənilmədən azalıb.

Banco.az xəbər verir ki, ötən həftə ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər proqnozların əksinə olaraq bir qədər azalıb və bu vaxta qədərki ən aşağı səviyyəyə yaxınlaşıb. Bu isə ölkə iqtisadiyyatının digər sahələrində geriləmənin müşahidə olunduğu bir vaxtda əmək bazarının güclü qaldığını göstərir.

Əmək Nazirliyinin cümə axşamı açıqladığı məlumatlara görə, ilkin müraciətlər noyabrın 12-də bitən həftədə 4 min azalaraq 222 minə düşüb. Ekspertlərin orta hesablamaları isə 228 min müraciətin olacağı istiqamətində idi.

Davam edən müraciətlər isə 5 noyabrda sona çatan həftədə ardıcıl beşinci həftədə də artaraq 13 min artımla 1,51 milyona çatıb. Artım tendensiyasının davam etməsi hər həftə daha çox amerikalının daha uzun müddət işsiz qaldığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et