ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər sürətlə azalıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər sürətlə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 192 minə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Bu məlumatlara görə, ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər keçən həftə iyul ayından bəri ən sürətli geriləməyə imza ataraq proqnozları doğrultmayıb.

Açıqlanan məlumatlara görə, müraciətlərdə iyul ayından bu yana ən sürətli azalma reallaşıb.

Belə ki, işsizlik müavinəti üzrə ilk müraciətlər 11 Martda sona çatan həftədə 20 min azalaraq 192 min olub. “Bloomberg”in sorğusunda müraciətlərin orta hesabla 205 minə düşəcəyi nəzərdə tutulurdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et