ABŞ-da ipoteka faizləri 22 ilin ən yüksək həddinə çatıb | Banco.az

ABŞ-da ipoteka faizləri 22 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri ötən həftə 2000-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Banco.az xəbər verir ki, ABŞ İpoteka Bankçılıq Assosiasiyasının (MBA) məlumatlarına görə, 30 illik ipoteka krediti üzrə orta faiz dərəcəsi sentyabrın 22-də başa həftədə 10 baza bəndi artaraq 7,41 faiz təşkil edib.

Bu artımla mənzil alqı-satqısı üzrə müraciətlər də onilliklərin ən aşağı səviyyəsinə düşüb.

Qeyd edək ki, son vaxtlar borclanma xərclərinin artması hazırda çətin dövrünü yaşayan mənzil sektoruna daha da mənfi təsir göstərir.

Maliyyə xərclərinin artmasına baxmayaraq, məhdud təklif səbəbindən mənzil qiymətləri də artmaqda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et