ABB-nin baş sponsorluğu ilə təşkil olunmuş alış-veriş festivalı mayın 12-ə qədər müştərilərə maraqlı fürsətlər yaradır. ABB-nin kart sahibləri qeyd edilən tarixədək ölkəmizin seçilmiş Ticarət Mərkəzlərində və şəhər mağazalarında bu fürsətdən faydalana bilərlər.
Festivalda 50-dən çox dünya brendi iştirak edir. Müştərilərə 10%-dən 50%-ə qədər endirimlər təklif olunur. Bankla tərəfdaş məkanlarda ABB-nin kartları ilə alış-veriş edib, sərfəli endirimlərlə yanaşı, 5% əlavə keşbek imkanlarından da faydalanmaq olar. Keşbek yalnız ABB POS-terminalları ilə aparılmış ödənişlərə aiddir. 5% əlavə keşbek taksit ödənişlərinə şamil edilmir.
Alış-veriş festivalında iştirak edən partnyorlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Bizi sosial şəbəkələrdən izləyin!!