9 bankın Mərkəzi Banka ümumi borcu 206 milyon manata yaxındır | Banco.az

9 bankın Mərkəzi Banka ümumi borcu 206 milyon manata yaxındır

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 9-u tənzimləyici quruma ümumilikdə 205,81 milyon manat borcludur.

Həmin banklar "AGBank", "Nikoyl Bank", "Xalq Bank", "Muğan Bank", "Bank BTB", "Atabank", "Bank of Baku", "Günay Bank" və "Premium Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (45 milyon manat), ən az borclu olan isə "Premium Bank"dır (2,5 milyon manat).

Ən sərfəli kredit üçün müraciət et

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 13 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb. 

marja.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et