823 min avtomobil geri çağırıldı | Banco.az

823 min avtomobil geri çağırıldı

İlin əvvəlindən 30 milyon maşını geri çağıran “General Motors” korporasiyası 823 min minik avtomobilllərini, pikap və yolsuzluq avtomobillərini geri çağırıb. Təkcə 475 min avtomobili şirkət qabaq oturacaqların bağlanmasında olan defektə görə, digərlərini isə rul idarəetməsində, dönmə işıqlarında, eləcə də digər hissələrdə olan problemlərlə əlaqədar geri çağırıb. Növbəti servis çağırışından irəli gələrək şirkətin satışlarında zəiflik yaşanıb. Geri çağırılan maşınlar əsasən Amerika bazarında satılıb. 

Qeyd edək ki, ilin əvvəlində şirkət ətrafında böyük qalmaqal yaşanıb. Korporasiya 2,6 milyon maşını işə salma sistemində problem olduğundan geri çağırmalı olub. Lakin qalmaqalın məğzi bunda idi ki, şirkət işçiləri problemin olduğunu hələ 2001-ci ildən bilirdilər. Bu defekt nəticəsində 13 nəfər həyatını itirib.

Xatırladaq ki, bu ilin əvvəlində 30 milyon avtomobili geri çağıraraq şirkət 2004-cü ildə 11,8 milyon maşın çağırmaqla imza atdığı rekordunu yeniləyib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

 

Ən sərfəli krediti almaq üçün müraciət et