500 dollardan 1 milyard dollarlıq biznesə gedən yol | Banco.az

500 dollardan 1 milyard dollarlıq biznesə gedən yol

Həyat yoldaşı işdən çıxarıldıqdan sonra ağır hamiləlik keçirən Kendra Skot bilirdi ki, pul qazanmağın bir yolunu tapmalıdır.

Viskonsin ştatında doğulub böyüyən xanım Skot, 18 yaşında universitetdə təhsil almaq üçün Texas ştatıta gəlir, lakin bir il sonra gələcək həyat yoldaşı üçün təhsilini dayandırır və Ostində yaşamağa başlayır.

Texas ştatının inzibati mərkəzi olan Ostin şəhərində yerləşən evlərində yataq rejimində istirahət edən və ilk uşağının doğumunu gözləyən Kendra bəzək əşyaları hazırlamağa başlayır.

Xanım Skot bu işə 2002-ci ildə 28 yaşında olarkən sadəcə 500 dollar vəsaitlə başlamışdı.

Oğlu dünyaya gəldikdən sonra o qərar verdi ki, düzəltdiyi sırğaları və digər bəzək əşyalarını satmaq üçün birlikdə çölə çıxmalıdırlar.

Hazırda 44 yaşında olan xanım Skot deyir, “ilk kolleksiyamı yaratdığım zaman körpə oğlumu uşaq arabasına qoyub bəzək əşyalarını isə çay qutusuna yerləşdirmişdim.”

“Daha sonra biz Ostinin bütün butiklərini qapı-qapı gəzdik və ele ilk gündən mən bütün düzəltdiklərimi satmışdım. Bu mənim biznesimin başlanğıcı oldu.”

Bugün xanım Skotun öz adını daşıyan “Kendra Skot dizayn” şirkətinin gəliri 1 milyard dollardan çox, onun şəxsi gəliri isə təqribən 500 dollar həcmindədir.

Ən sərfəli kredit üçün müraciət et

“Forbes” jurnalının “ABŞ-ın ən varlı qadınları 2017” siyahısında xanım Skot müğənni Teylor Svift və Beyonce üstələyərək 36-cı yerdə qərarlaşıb.

Xanım Skotun şirkəti kimyaterapiya keçən qadınlar üçün rahat şylapalar hazırlayır. Bu fikir onda mərhum ögey atasının xərçənglə mübarizəsinə şahidlik etdiyi üçün yaranmışdı və hazırda şirkət gəlirinin bir hissəsini yerli xəstəxanalara bağışlayır.

Xanım Skot bildirir ki, zinət əşyaları biznesi qurmaq istəyini təşviq edən səbəb bazarda bəzək əşyalarının qiymətlərində qeyri-mütənasibliyin olması, yəni ya çox baha ya çox ucuz əşyalar satılarkən, orta qiymətə təsadüf edilməməsi idi.

Beləliklə o həm özünün həm də digər qadınların münasib qiymətə ala biləcəkləri qiymətli daş-qaşlardan hazırlanmış bəzək əşyaları istehsal edən biznes qurmağa qərar verdi.

Kendra Skot deyir, “Maddi vəziyyətindən asılı olmayaraq bütün qadınlar rahat və gözəl görünmək istəyirlər.”

Xanım Skot biznesini qurmağa başlayarkən ona daha da irəli getməkdə kömək edəcək istedadlı şəxslərin əməyindən istifadə etdiyini və ilk işə başlayarkən birlikdə çalışdığı yeddi qadının hələ də şirkətdə işlədiyini bildirir.

2010-cu ildə şirkət Ostində ilk filialını açdı və hazırda ABŞ – ın hər yerində fəaliyyət göstərən 80 pərakəndə mağazası və rəsmi internet saytı var. Şirkətdə 96%-i qadınlar olan 2000 işçi çalışır.

Ən sərfəli krediti almaq üçün müraciət et