5 başlıqda bu həftə necə keçdi? | Banco.az

5 başlıqda bu həftə necə keçdi?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu həftənin əsas gündəm mövzusu ölkələrin inflyasiya göstəriciləri və mərkəzi bankların faiz qərarları olub.

Banco.az xəbər verir ki, başa çatmaqda olan həftənin əsas məqamlarını təqdim edir:

1. FED uçot dərəcəsini elan edib.

ABŞ Federal Ehtiyat Sistemi (FED) cümə axşamı keçirdiyi iclasda federal maliyyələşdirmə dərəcəsini 5-5,25 faiz aralığında sabit saxlayıb. Bununla da, mərkəzi bank 15 aydan sonra ilk dəfə faiz artımı tempini dayandırıb.

2. İlon Mask Hindistana investisiya qoymağı planlaşdırır.

İlon Mask Hindistanın Baş baziri Narendra Modinin dünyanın ən çox əhalisi olan ölkəsində inkişafı dəstəkləmək üçün ABŞ-a rəsmi səfəri çərçivəsində onunla görüş keçirdikdən sonra "mümkün qədər tez" bir zamanda Hindistana investisiya qoyuluşu planlaşdırdığını açıqlayıb.

3. İngiltərə Mərkəzi Bankı gözləniləndən çox faiz artımı edib.

İngiltərə Bankı (mərkəzi bank) uçot dərəcəsini 50 baza bəndi artıraraq 5 faizə çatdırıb. Beləlikləi, mərkəzi bank ardıcıl 13-cü iclasında da faiz artımı qərarı qəbul edib.

4. Varlılar üçün ən bahalı şəhərlər müəyyən edilib.

“Julius Baer's Lifestyle Index” yaşayış yerləri, avtomobillər, biznes sinif uçuşları, məktəblər, yeməklər və digər dəbdəbə nümunələrini təhlil edərək dünyanın ən bahalı şəhərini müəyyənləşdirib. 

Gəlin siyahının ilk 10 şəhəri ilə tanış olaq.

Ən sərfəli kredit üçün müraciət et

  • Sinqapur
  • Şanxay
  • Honkonq
  • London
  • Nyu-York
  • Monako
  • Dubay
  • Taypey
  • San-Paulu
  • Mayami

5. Türkiyə Mərkəzi Bankı yeni sədrinin rəhbərliyində ilk faiz qərarını elan edib.

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 8,50 faizdən 15 faizə yüksəldib və pul siyasətində mərhələli keçidin siqnalını verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et