48 ölkə kriptovalyutalarla bağlı qərar qəbul edib | Banco.az

48 ölkə kriptovalyutalarla bağlı qərar qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

48 ölkə kriptovalyutalarla bağlı qərar qəbul edib.

Banco.az xəbər verir ki, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Almaniya, Yaponiya, Sinqapur və Cənubi Afrika da daxil olmaqla 48 ölkə və yurisdiksiya 2027-ci ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) kriptovalyutalarla bağlı hesabat və məlumat mübadiləsi üçün qlobal vergi şəffaflığı çərçivəsini həyata keçirməyi hədəflədiklərini elan ediblər.

Bu barədə ölkələrin müvafiq dövlət qurumlarının birgə bəyanatında deyilir.

Bəyanata görə, kriptovalyuta bazarının sürətli inkişafı və böyüməsi ilə ayaqlaşmaq və qlobal vergi şəffaflığında əldə olunan nailiyyətləri qorumaq üçün İƏİT tərəfindən hazırlanmış yeni beynəlxalq standart olan Kriptovalyuta Hesabatı Çərçivəsi (CARF) yüksək qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, CARF-in geniş vüsət alması, ardıcıl və vaxtında tətbiqi vergi öhdəliklərinin yerinə yetirilməsini və ölkələrin vergidən yayınmaların qarşısını almaq imkanlarını daha da təkmilləşdirəcək. Həmçinin bildirilib ki, 2027-ci ilə qədər CARF-in həyata keçirilməsi üçün lazımi hüquqi və əlaqələndirilmiş tədqiqatlar aparılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et