2023-cü ilin rəngi açıqlanıb | Banco.az

2023-cü ilin rəngi açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“PANTONE” Rəng İnstitutu 2023-cü ilin rəngini açıqlayıb.

Banco.az xəbər verir ki, baş ofisi Nyu Cersi ştatının Carlstadt şəhərində yerləşən “PANTONE” hər il olduğu kimi bu il də ilin trend rəngini açıqlayıb. 

Viva Magenta is Pantone's colour of the year for 2023

2023-cü ilin rənginin özündə bir çox duyğuları ehtiva edən və əks etdirən "Viva Magenta" (Canlı Qırmızı) olduğunu elan edən “PANTONE” bu yeni rəngi “vərdiş edilməmiş zaman üçün vərdiş edilməmiş rəng” kimi şərh edib.

“PANTONE” həmçinin “Viva Magenta”nı cəsarətli, yumoristik və hər şeyi əhatə edən, saf xoşbəxtlikdən zövq alan, sınamaqdan çəkinməyən və özünü təmkinsiz ifadə edən rəng kimi dəyərləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rəng İnstitutu 2022-ci ilin rəngi kimi “Very Peri”ni (Yasəmən) seçmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et