2023-cü ildə bu milyarderlər daha da zəngin oldular - SİYAHI | Banco.az

2023-cü ildə bu milyarderlər daha da zəngin oldular - SİYAHI

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilə İlon Mask, Mark Zukerberq və dünyanın digə ən varlı adamlarının əksəriyyəti daha da varlanıblar.

Banco.az xəbər verir ki, dünyanın 50 ən zəngin adamının 38-nin sərvəti bir ildə yeddi dəfə artıb.

“The Guardian” dünyada yaşayış böhranının artdığı bir dövrdə  ABŞ-ın texnologiya sahəsindəki milyarderləri daha da zəngin olublar.

Nəşr yazır ki, hətta Rusiya oliqarxlarının bəziləri Ukrayna münaqişəsi zəmnində tətbiq edilən iqtisadi sanksiyaların təsirinə məhəl qoymayaraq, kağız üzərində sərvətlərini artırmaqda davam edə biliblər.

Dünyanın ən zəngin 50 adamından yalnız 12-si 2023-cü ildə pul itirib, qalanları isə inflyasiyaya rəğmən sərvətlərini artıra bilib.

Bu siyahıya İlon Mask 235 milyard dollarlıq sərvətlə başçılıq edir.

2022-ci ildə 44 milyard dollar ödədikdən sonra əvvəllər Twitter kimi tanınan X şirkətindəki payının yarıdan çox azalması ilə bağlı xəbərlərə baxmayaraq, Cənubi Afrika əsilli milyarderin Tesla biznesi köməyə gəlib.

Elektrikli avtomobil şirkətinin səhmləri bu il iki dəfədən çox artaraq ona təqribən 816 milyard dollarlıq şərti bazar dəyəri qazandırıb.

İlon Maskın bu ilin əvvəlində qarşılaşmalı olduğu rəqibi Mark Zukerberqin sərvəti 184% artaraq 45 milyard dollardan 128 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Milyarderlər siyahısında amerikalı kişilər üstünlük təşkil edir.

 Ən zəngin 10 adamdan biri olan  fransız Bernard Arnault, “LVMH Moët Hennessy Louis Vuitton” lüks qrupunun fəaliyyəti sayəsində 17,2 milyard dollarlıq sərvətini 179 milyard dollara çatdırıb.

Hazırda dünyanın 95-ci ən zəngin adamı sayılan Dayson sərvətini 5 milyard dollar artdıqdan sonra 19,9 milyard dollara çatdırıb.

Ondan çox da geri qalmayan  97-ci yerdə qərar tutan Monakolu neft-kimya maqnatı Ratcliffe-dır. O  sərvətini 8,55 milyard dollar artıraraq 19,4 milyard dollara çatdırıb. Bu rəqəmə indi onun “Mançester Yunayted”dəki payı da daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et