2020-ci ildə ən çox devalvasiyaya uğrayan dünya valyutaları | Banco.az

2020-ci ildə ən çox devalvasiyaya uğrayan dünya valyutaları

2020-ci ilin əvvəllərindən dünya valyutaları pandemiya fonunda ciddi geriləmə nümayiş etdirib.

Ən çox ucuzlaşma Türkiyə lirəsini izləyir. Belə ki, lirə yanvar ayının 1-dən mayın 10-na qədər olan müddətdə türk lirəsi 19,2% dəyər itirib. Əksinə, yapon ienası isə dollara qarşı 1,93% möhkəmlənərək ən etibarlı valyuta adını qazanıb.

Ən çox devalvasiyaya uğrayan valyutalar arasında Rusiya rublu (17,8%), Belarus rublu (14,5%), Qırğızıstan somu (13,4%, Ukrayna qrivnası (13,1%, Gürcüstan larisi 12,6%, Qazaxıstan tengesi 10,2%, Böyük Britaniya funt sterlinqi (6,8%), Özbəkistan sumu (6,3%) yer alıb.

Yanvar-may ayları arasında Avropa Birliyinin pul vahidi avro 3,4% ucuzlaşıb. Çin yuanı 1,6%, Səudiyyə Ərəbistanını rialı 0,2% dəyər itirib.

Azərbaycan manatı isə dollar qarşısında ucuzlaşmayan azsaylı dünya valyutalarından biridir.

Modern

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et