2019-cu ilin yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2019-cu ilin yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3mln. manat məbləğində sığorta haqları toplanıb, 119.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. 

Könüllü sığorta bazarı üzrə haqlar 241.8 mln. manat, ödənişlər isə 83.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 mln. manat, ödənişlər isə 35.8 mln. manat olub.

2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasınınkönüllü növləri üzrə sığorta haqlarında 3% (3.9mln. manat), icbari növləri üzrə sığorta haqlarında7% (5.9mln. manat)artım müşahidə edilmişdir.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığortaüzrə 19% (10.4 mln. manat),avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3.9 mln. manat ),avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2.7 mln. manat) vədaşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2.6 mln. manat) olub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 19% (4.1 mln. manat)qeydə alınmışdır.

2019-cu ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmalgöstəricilərində öz əksini tapıb.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç