2019-cu ilin ən yaxşı 5 kriptovalyuta birjası | Banco.az

2019-cu ilin ən yaxşı 5 kriptovalyuta birjası

Kriptovalyuta bazarı bütün istiqamətlərdə hələ də sabit olmayan mövqeyə malikdir. Kapitallaşma dəyərinin yüksək göstəricilərinə malik olmasına baxamayaraq, bir neçə tokenlərdə kriptovalyutanın dəyərinin azalması davam edir. Bitkoinin “Ayı bazarı” * (Bear market) artıq 400 gündən artıq müddətdir ki, davam etməkdədir.  Məhz belə vəziyyətdə aktivlərin saxlanılacağı kriptovalyuta birjasının seçiminə xüsusi olaraq diqqət yetirmək lazımdır.

Banco.az olaraq sizə 2019-cu ilin ən yaxşı kriptobirjasını təqdim edirik:

Coinbase

Bu platforma dünyanın ən nəhənglərindən biri sayılır. İstifadəçilər kriptovalyuta vasitəsilə əməliyyatlar etməkdən əlavə eyni zamanda platformadan aktivlərin saxlanılması üçün də istifadə edə bilir.  Coinbase üzərindən aparılan alış-veriş əməliyyatları zamanı komissiya haqqı 3,9% təşkil edir. Platformanın ən üstün cəhətlərindən biri isə kifayət qədər sadə interfeysə malik olmasıdır. Bu da yeni treyderlərin platformadan rahatlıqla istifadəsini təmin edir.

Binance

Binance platforması ilə digər kriptovalyuta birjalarının yarışması mümkünsüzdür. Bu platforma 130 valyuta vasitəsini dəstəkləyir və ona tələbat yüksək qiymətləndirilir. Treydinq zamanı çıxılacaq komissiya haqqı isə ümumi məbləğin 0,1 % təşkil edir. Binance kriptobirja olaraq həm yeni fəaliyyətə başlayan, həm də təcrübəli mütəxəssislərin fəaliyyəti üçün əlverişli platforma hesab edilə bilər. Əsas üstünlüyü isə özünə məxsus Binance Coin kriptovalyutasına sahib olmasıdır.

Həmçinin oxu: JPMorgan öz kriptovalyutasını istifadəyə verdi

Ən sərfəli kredit üçün müraciət et

Gemini

Birja 2015-ci ildən ABŞ-da fəaliyyət göstərməyə başlayıb.  Hal-hazırda isə birjanın funksiyalarından Asiya və Avropa ölkələri yararlana bilir. Gemini platformasının əsas üstünlüyü isə Nyu-York ştatının maliyyə departamentinin lisenziyasına malik olmasıdır.  Şirkət depozitlərini ABŞ dolları şəklində saxlayır ki, bu da vəsaitin təkcə sığortalanmasının deyil, eyni zamanda fiziki olaraq da qorunduğunu nümayiş etdirir.

BitMEX və OKEx

BitMEX и OKEx birjaları  4 və 5-ci yerlərdə qərarlaşıblar. Adətən bu kriptovalyuta platformalarından daha təcrübəli treyderlər istifadə edir. Birjaların gündəlik dövriyyəsi 1,6 və 2 milyard dollar təşkil edir.

Ayı bazarı (Bear market) * - Qiymətlərin uzun müddət ərzində aşağı düşməsi müşahidə olunan bazar. Ümumilikdə fond indekslərinin iki ay ərzində 20 faiz geriləməsi ayı bazarının başlanmasının göstəricisidir.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Пять лучших криптовалютных бирж в 2019 году

Günel Gözəlova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç