2018-in payız-qış biznes geyim trendləri | Banco.az

2018-in payız-qış biznes geyim trendləri

Geyim sizin daxili aləminizin təzahür üsullarından biridir. Geyiminizə baxanlara kimliyiniz haqqında çox şey ifadə edə bilərsiniz. Xüsusilə də iş dünyasında geyimlər çox vacibdir. İş görüşlərində geyimlər sizdən asılı olmadan satışlarınızı belə idarə edir. Bu gün, sizinlə 2018-ci ilin aktual parçaları haqqında danışacağıq. İlk olaraq qadınlardan başlayaq:

 

1. Heyvan Printləri

Qadın geyimlərində bu ilin payız-qış kolleksiyası leopard, zebra və digər buna bənzər printlər olduqca aktual olacağ.

 

2. Enli geyimlər

Böyük ölçülü geyimlər (oversize) keçən il olduğu kimi bu il də olduqca çox istifadə olunacaq.

 

3.Parlaq geyimlər

İş dünyasında o qədər də çox istifadə olunmasa da, bu il parıltılı geyimlər və makyaj çox dəbdə olacaq. İş görüşlərində də geniş şəkildə istifadə olunacağı istisna edilmir.

 

4.Dəri

Bu ilin ən məşhur parçası dəri olacaq. Qışın ən şıq iş xanımı olmaq istəyirsinizsə, dəri geyimlərə üstünlük verə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

İndi isə keçək bəylərə,

1.İdman ayaqqabıları

Bu il klassik kostyum və şalvarların altında idman ayaqqabıları geyinmək sizi kütlədən fərqləndirəcək. İş dünyasında stilinizi diqtə etmək üçün bu trend sizə yaxından kömək edəcək.

 

2.Orta ölçülü düz paltolar

Dizinizə qədər uzanan paltolar bu ilin ən məşhur trendlərindən sayılır.

 

3.Zolaqlar

Kişi geyimlərində digər trend zolaqlı printdir.

 

4.Vilvet parça

Vilvetdən tikilmiş kostyumlar ilin ən dəbli iş geyimləri sayılacaq.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et