2018-ci ilin ikinci rübündə bankların xalis faiz gəlirləri nə qədərdir? - RENKİNQ | Banco.az

2018-ci ilin ikinci rübündə bankların xalis faiz gəlirləri nə qədərdir? - RENKİNQ

Banklar bir sıra fəaliyyətlərdən gəlir əldə edirlər. Məsələn, qiymətli kağız fəaliyyətindən, əmanətlərdən, diskont fəaliyyətindən, əməliyyatların icrasından və kredit fəaliyyətindən. Amma kommerisya bankın iqtisadiyyatda iki əsas vəzifəsi mövcuddur, vəsait cəlb etmək yəni depzoit fəaliyyəti və cəlb etdiyi vəsaitləri kredit şəklində müştərilərə vermək...

Kommersiya bankları həm faiz şəklində həm də qeyri - faiz şəklində gəlir əldə edirlər. Bu daha çox bankın kredit fəaliyyəti nəticəsində yaranır. Faiz marjası adlanan bu göstərici faiz gəlirlərindən faiz xərcini çıxmaqla əldə olunur. Bank öz faiz və əməliyyat mənfəətini birləşdirərək xalis mənfəətini yaradır. Amma kommersiya bankın əsas məqsədi kredit vermək olduğundan onun əsas gəliri də faiz gəliri hesab olunur. 

Bu məqaləmizdə, bankların 2018-ci ilin ikincü rübündə faiz gəlirlərini renkinq şəklində yığmışıq.

Bank

Xalis faiz gəliri

(min manatla)

 Beynəlxalq Bank

144 037

Kapital Bank

111 845

Xalq Bank

42 880

Paşa Bank

30 601

Nikoil Bank

24 263

AFB bank

17 337

Accessbank

16 772

YapıKrediBank

14 235

Express Bank

11 951

Unibank

11 089

Rabitəbank

10 406

Bank Silkway

9 928

Bank Respublika

9 542

NBC Bank

8 501

AtaBank

8 099

Bank of Baku

6 478

ASB bank

5 870

Muğan Bank

5 736

AzərTürkBank

5 444

Bank Avrasiya

4 673

TuranBank

4 509

Ziraat Bank

3 866

Bank BTB

3 600

Naxçıvan Bank

2 932

Günay Bank

2 191

Bank Melli İran

1 428

AG Bank

565

Pakistan milli bankı

433

Bank VTB

(3 065)

Amrahbank

(4 230)

Ən sərfəli kredit üçün müraciət et

Gördüyümüz kimi, bankların xalis mənfəəti renkinqində ilk beşlikdə olan Unibank və Nikoil bank bu renkinqdə fərqli yerlərdədir. Həmin renkinqdə sondan ikinci yerdə olan Accessbank isə bu siyahıda yeddinci yerdədir. Xalis mənfəət renkinqində sonuncu yerdə Bank VTB idisə, bu renkinqdə sonuncu yerdə Amrahbankdır.

Buna da bax həmçinin:

2018-ci ilin ikicni rübündə bankların xalis mənfəəti nə qədərdir?

Ən sərfəli krediti almaq üçün müraciət et