2018-Cİ İLİN ƏN İNNOVATİV HR TRENDLƏRİ | Banco.az

2018-Cİ İLİN ƏN İNNOVATİV HR TRENDLƏRİ

Modern texnologiya HR liderlərini şirkət üçün, ən yaxşı əmək ehtiyyatlarını təmin etmələri üçün ən arzuolunan şəraiti yaradıb. Son illərin texnologiyalarından olan data avtomatizasiyası, prediktiv analitika (proqnoz verici analitika) və süni zəka, şirkət çalışanlarının düzgün seçilməsi, onların məhsuldarlığının artırılması və maksimal potensialın istifadəsi üçün möhtəşəm imkanlar yaradır. Bəs HR mütəxəssiləri üçün 2018-ci il hansı trendləri vəd edir?

1. Öncə çalışan məmnuniyyəti

Ötən ilin gəlmiş-keçmiş ən geniş tətbiq olunan metodu işçilərə “daxili müştərilər” kimi davranılması idi ki, əslinə qalsa bu il də diqqətləri üzərindən yayındırmayacaq tendensiya kimi görünür. İşçilərin təcrübələrinin fərdiləşdirilməsi və dəstəklənməsi prioritetlər sırasındadır. Bu proses isə “daxili müştərilər” haqqında datanın toplanması, analizi, fərdlərin keyfiyyətlərinin müəyyənləşdirilməsi, ayrı-ayrılıqda hər birinin şirkətdə olan qatqıları və effektivliklərini gözdən keçirilməklə mümkündür.

2. Süni zəka və HR

Əgər siz indiyə qədər Siri, Youtube və ya Google Assistant istifadə etmisinizsə, süni zəkadan istifadə etmiş sayılırsınız. Süni zəka və Machine Learning hazırda istifadə olunan ən məşhur HR applikasiyalarında istifadə olunan alqoritmlərdir. Süni zəka ənənəvi sərhədləri aşaraq HR menecerlərin işinin asanlaşdırılmasında və səmərələliyinin təmin edilməsində də xüsusi rol oynayır. HR analitikası son dövrlərin ən aktual və tələbatın olduğu sahələrdəndir. Şirkətə yeni əmək ehtiyyatının qəbul edilməsi, mövcud əmək ehtiyyatının işini asanlaşdırılması və digər HR problemləri Natural Language Processing və Chatbots algoritmlərindən istifadə olunmaqla həll olunur. Belə ki, HR Menecer bu algoritmlər vasitəsilə yüzlərlə CV arasında vaxt itirmədən açar sözlər vasitəsilə, düzgün namizədi dəqiqələr içində seçə bilir.

3. İnsan Analitikası

Bizneslərin data yönümlü yanaşmaya keçmələri, HR menecerlərin işini də data rüzgarının təsiri altında qoyur. Məşhur HR menecer Josh Bersin hazırladığı reportda belə ifadə edir-“Şirkətlər insan analitikasına işçilərin şəxsi inkişafı, işə qarşı məsuliyyətini artırmaq üçün, performanslarının və məhsuldarlıqlarının artırılması üçün investitisiya yatırırlar. Lakin pis bir xəbər var. Bu statistika dünya şirkətlərinin sadəcə 17%-ini əhatə edir” Baxmayaraq ki, 83% şirkət hazırda insan analitikasından istifadə etmir, amma 2018-ci il şirkətlərə insan analitikası dalğası gətirəcək.

Ən sərfəli kredit üçün müraciət et

4. İnnovativ şəxsi inkişafın təmin edilməsi

Son dövrlərdə iş dünyasında şəxsi inkişaf və öyrənmək metodu olaraq yepyeni bir nümunə var. Əksər şirkətlər çalışanların şəxsi inkişafı üçün ənənəvi kurs-kataloq, treyninq strategiyasından istifadə edirlər. Və qısascası həmin kursların kontenti ya HR menecerlər, ya da Tədqiqat və Tərəqqi departamenti tərəfindən seçilir. Lakin əslində öyrənən tərəfin işçilər olduğunu nəzərə alsaq, daha gözəl olmazdımı ki, elə bir sistem qurulsun ki, süni zəka hər kəsin bacarıqlarını nəzərə alaraq onların nəyi öyrənəcəklərinə qərar versin? Təbii ki, bu sualın cavabı “bəli” olacaq, çünki ölçülə bilən qərarlar həmişə ən düzgün qərarlara çevrilir. “Modern Learning” adlanan bu method da 2018-ci ildə ən geniş yayılan trendlərdən sayılacaq.

5. YENİ NƏSİL LİDERLƏR YETİŞDİRİN

2025-ci ildən etibarən ümumi işçi qüvvəsinin 75%-i yeni nəsil çalışanlarla əvəz olunacaq. Lakin, hazırda gənc nəsil daha çox gəlir məqsədi olmayan təşkilatlarda, kiçik və orta bizneslərdə çalışır və ya ən gözəl ehtimalda öz işlərini quraraq, sahibkarlıq fəaliyyətinin öhdəliyini üzərilərinə götürürlər. Belə bir sual ortaya çıxır. Niyə? Bu gənc nəslin öyrənməyə olan ambisiyası, məsuliyyətdən qorxmaması və yeni bacarıqlar qazanmağa açıq olmasının göstəricisidir. Bundan əlavə tədqiqatlar göstərir ki, gənc nəsil kariyerada qısa zamanda yüksəlmək üçün daha potensiallıdır. 2018-ci ilin HR trendləri arasında gənc liderlər üçün proqramların artması məsələsi də aktualdır.

6. GİG İQTİSADİYYATI

GİG iqtisadiyyatı mövcud vakansiya üçün qısa müddətli kontraktlarla işçilərin qəbulu və ya frilans işçilərin xidmətindən istifadənin mümkün olduğu əmək bazarı məsələlərini öznündə cəmləşdirir. Son dövrlərdə “rəqəmsal” çalışanların artması, qeyri-sabit iş saatı cərəyanından qaynaqlandığını desək yanılmamış olarıq. Əslinə baxsaq, əsas məsələ kəmiyyət-keyfiyyət ayırımının olmasındandır. Dünyaca məşhur Intuit şirkətinin qlobal araşdırması göstərir ki, 2020-ci ilə qədər ümumi əmək ehtiyyatlarının 40%-i frilans və qısa müddətli çalışanlardan ibarət olacaq. Əgər bu proqnoz doğru olarsa, HR menecerlərin əmək ehtiyyatlarını idarə etmələri üçün yeni metodları yoxlamalarına çox böyük ehtiyyac olacaqdır. Nəzərə alsaq ki, qısamüddətli çalışanların işə cəlb olunması və idarə olunması bir qədər çətindir, HR peşəkarlarının üzərinə daha həssas və çevik olmaq öhdəliyi düşür.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et