2017-ci ilin yarısında bankların kapital adekvatlığı necədir? | Banco.az

2017-ci ilin yarısında bankların kapital adekvatlığı necədir?

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir. 

Banco.az olaraq 2017-ci ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

Bank

Kapital adekvatlığı

VTB Bank Azərbaycan

50,38%

Expressbank

42%

Azər Türk Bank

40,84%

Gunay Bank

38,79%

Ziraat Bankı

34,48%

NBC Bank

34,38%

Bank BTB

33,02%

Rabitəbank

31,52%

Bank Avrasiya

29,74%

Amrahbank

25,34%

Atabank

22,92%

Bank Silk Way

22,56%

Turanbank

18,7%

ASB Bank

17,27%

Muğanbank

15,89%

Paşa Bank

15,20%

Yapı Kredi Bank Azərbaycan

14,90%

Xalq Bank

14,82%

Nikoil Bank

14,64%

Unibank

13,62%

Bank Respublika

13,59%

Bank of Baku

12,68%

Kapital Bank

11,51%

AGBank

11,05%

Dəmirbank

9,46%

AccessBank

4,53%

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Beynəlxalq Bank maliyyə hesabatlarını açıqlamadığından siyahıda yer almayıb. AFB Bankın hesabatlarında isə bu göstərici qeyd olunmayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et