20 ölkə birlikdə 2 min giqavat günəş enerjisi istehsal edəcək | Banco.az

20 ölkə birlikdə 2 min giqavat günəş enerjisi istehsal edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Günəş enerjisindən elektrik istehsal edən 20 ölkənin 2022-2026-cı illərdə günəş enerjisi tutumunun 2 min 31 giqavata çatacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, “Solar Power Europe” tərəfindən hazırlanan və 2022-2026-cı illəri əhatə edən “Günəş Enerjisi Qlobal Bazara Baxış” hesabatına əsasən, iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizə aparan ölkələr günəş enerjisi sərmayələrinə üstünlük verərkən, bu resursun enerji təhlükəsizliyi və məşğulluq baxımından bir çox üstünlüklər təmin edəcəyi bildirilib.

Hesabatda qeyd olunub ki, ötən üç il ərzində dünyanı təsiri altına alan Kovid-19 pandemiyası, daha sonra baş verən iqtisadi tənəzzül və ardınca gələn enerji böhranı dünyanın əksər yerlərində elektrik enerjisinin qiymətini rekord səviyyədə bahalaşdırıb.

Enerji böhranının təsirini azaltmaq istəyən bir çox ölkə elektrik enerjisi tələbatını ödəmək üçün bərpa olunan enerjiyə müraciət edərkən, bu baxımdan ən çox investisiya qoyuluşu günəş enerjisi sektorunda reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, ölkələrin günəş enerjisi istehsalına istiqamətlənən siyasi dəstək mexanizmləri ilə yanaşı, günəş texnologiyaları sahəsindəki inkişafın yayılması ilə investisiya xərclərinin azalması gözlənilir. Bununla da, dünya üzrə günəş enerjisindən elektrik enerjisi istehsal edən 20 ölkənin 2022-2026-cı illərdə ümumilikdə 2 min 31 giqavata qədər enerji istehsal edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et