2 sığorta şirkətinin ödənişləri sığorta haqlarından çoxdur | Banco.az

2 sığorta şirkətinin ödənişləri sığorta haqlarından çoxdur

2017-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556,866,578 manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597 manat təşkil edib. 

Həmçinin bax:

Sığorta haqqına görə sığorta şirkətlərinin reytinqi 

Sığorta ödənişlərinə görə sığorta şirkətlərinin reytinqi

Bildiyimiz kimi sığorta şirkətlərinin əsas gəlirini toplanan sığorta haqları təşkil edir. Sığorta ödənişlərinin sığorta haqlarından çox olması isə həmin dövrdə şirkətin gəlirdən daha çox xərcinin olduğunu göstərir.

Qeyd edək ki, sığorta haqları və sığorta ödənişləri üzrə açıqlanan siyahıdan məlum olur ki, 2 sığorta şirkətinin ödənişləri daxilolmalarından daha çox olub. Həmin sığorta şirkətləri aşağıdakılardır:

Sığortaçının adı

 Sığorta Haqları (AZN)

Sığorta Ödənişləri (AZN)

“Atəşgah Həyat” Sığorta

    38 369 909,56  

     55 046 153,06  

“Amrah Sığorta”

           21 548,45  

            72 446,16  

Ən sərfəli kredit üçün müraciət et

Belə ki,  “Atəşgah Həyat” Sığortanın ödənişləri sığorta haqlarından 30,3% çox, “Amrah Sığorta”nın ödənişləri isə toplanılan sığorta haqlarından 70% çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et