2 məşhur platforma CEO-larının anası uğurlu uşaq böyütməyin sirrini bölüşdü | Banco.az

2 məşhur platforma CEO-larının anası uğurlu uşaq böyütməyin sirrini bölüşdü

Youtube musiqi platformasının CEO – su Susan Wojcicki və 23andMe bioloji şirkətinin CEO – su Anne Wojcicki bacıdırlar. Bacıların anası Esther Wojcicki 7 may tarixində satışa çıxarılan “How to Raise Successful People” adlı kitabında düzgün uşaq böyütməyin sirlərini oxucularla bölüşüb.

Silikon Vadisinin tanınmış CEO – larını böyüdən bir ana olaraq Esther Wojcicki –dən bu mövzuda öyrəniləcək çox şey olduğunu deyə bilərik. O, sözügedən kitabla bağlı verdiyi müsahibəsində belə deyir:

“İnsanlar məndən qızlarım və tələbələrimlə necə rəftar etdiyimi soruşurlar. Əgər hər kəs həqiqətən bunu bilmək istəyirsə, bəlkə də bu mövzuda bir kitab yazmaq daha asan olar deyə düşündüm.”

Esther Wojcicki – nin CEO olan Anne və Susandan başqa Janet adlı başqa bir qızı da var. Janet Wojcicki isə bacıları kimi hər hansı bir şirkətdə rəhbər vəzifədə çalışmaq əvəzinə akademik karyera qurmağı seçib. Ancaq o da öz sahəsində olduqca böyük işlərə imza atıb ki, hazırda San-Fransiskoda yerləşən Kaliforniya Universitetində professor olaraq fəaliyyət göstərir.

Esther Wojcicki böyük uğurlara imza atmış uşaqlar yetişdirən bir ana olmaqla yanaşı təhsil verdiyi və ya mentorluq etdiyi tələbələri ilə də tanınır. Silikon Vadisində yerləşən Palo Alto məktəbinin tarixi əhəmiyyətə malik Media Sənət Proqramını idarə edən Wojcicki bu günə qədər Stiv Cobsun qızı Lisa Brennan-Cobs və James Franco kimi tanınmış şəxslərə də mentorluq edib. Hətta James Franco Wojcicki – ni öz qəhrəmanı olaraq təsvir edir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Stiv Cobsun həyatı haqqında BİLMƏDİYİNİZ həqiqətlər

Bəs, bu işin sirri nədir?

Uğurlu müəllim bu işin sirrini TRICK (işin sirri) qısaltması ilə izah edir. TRICK qısaltmasının açılışında isə trust (inam), respect (hörmət), independence (azadlıq), collaboration (əməkdaşlıq) və kindness (nəzakət) dəyərləri əks olunur. Wojcicki TRICK adlı bu metodun eyni zamanda idarəçilər tərəfindən də istifadə edilə biləcəyini vurğulayır. İşçilərin motivasiya edilməsi prinsipini əsas götürən Whole Foods CEO – su John Mackey və digər bir çox tanınmış idarəçinin bu metoda maraq göstərdiyini dilə gətirən Wojcicki aşağıdakı kimi fikrini əsaslandırır:

“İşçilərə qarşı da eynilə inam göstərsəniz, onlara özlərini sübut etmək fürsəti versəniz, onlar da özlərinə inanarlar. Kimsə sizə inandığı zaman siz də daha çox risk almağa və daha yaradıcı olmağa istəkli olursunuz.”

Həmçinin oxu: Dünyaca tanınmış milyonçularının ən çox sevdikləri kitablar

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et