141 minə yaxın daşınmaz əmlak icbari qaydada sığortalanıb | Banco.az

141 minə yaxın daşınmaz əmlak icbari qaydada sığortalanıb

2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) "Banco.az"a verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 mln. yaxın olub.

2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30%, sığorta haqlarının məbləğində 1,5% artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78%-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olub.

2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.

Ən sərfəli krediti almaq üçün müraciət et